Dalğa GH yeni saytını təqdim etdi

 

Bu gün – 11.11.11 tarixində, saat 11:11-də Dalğa Gənclər Hərəkatı (Dalğa GH)  VI (VII) Qurultayında qəbul olunan “Re – branding”in nəticəsi olaraq, yeni rəsmi saytının təqdimatını keçirib.

Www.dgh.az internet ünvanında yerləşən saytda hərəkatın fəaliyyət göstərdiyi 5 il ərzində gördüyü işlərin hesabatı, hərəkata üzvlük qaydaları haqqında məlumat, yeni qəbul olunmuş Əsasnamə, Nizamnamə, Dalğa GH-nin həyata keçirdiyi layihələr və digər işlər haqqında məlumatlar yerləşdirilib.

Saytda hərəkatın yarandığı gündən etibarən illik hesabatları, foto-video arxivi, xüsusi qeydləri də yer alıb.

Təqdimat mərasimi Dalğa Plazada keçirilib. Təqdimatda KİV nümayəndələri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.