Dalğa GH Qurultay qərarı verdi

Hərəkat yeni Nizamnamə və Əsasnamə formalaşdırır

Dalğa Gənclər Hərəkatı (Dalğa GH ) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi (QHTK) hərəkatın nizamnaməsinin 4.2.5 bəndinə əsasən növbəti, sayca VI (VII) qurultayını 23 oktyabr 2011-ci ilə təyin edib.

Dalğa GH VI (VII) Qurultayı əvvəlkilərdən fərqli olaraq növbədənkənar çağrılıb. Bu Qurultayda Sədr və İdarə Heyyəti seçkiləri nəzərdə tutulmur. Qurultay zamanı Dalğa GH-nın “Re-branding” (yenidənqurma) komissiyasının hazırladığı əlavə və dəyişikliklər edilmiş Nizamnaməsi və hərəkatın yeni Əsasnaməsi müzakirəyə və səsverməyə çıxarılacaq. Həmçinin, “Re-branding” nəticəsində baş vermiş digər dəyişikliklər də hərəkat üzvlərinin səsverməsinə çıxarılacaq.

Qurultayda Dalğa GH-nın üzvlərinin, təsübkeşlərinin, beynəlxalq və yerli təşkilat nümayəndələrinin iştirakı gözlənilir.

Dalğa GH-nın VI (VII) Qurultayı saat 14.00-da Diplomat Oteldə baş tutacaq. Qurultaydan sonra 18.00-da Dalğa GH qurultay iştirakçıları və dostları ilə birgə “Re-branding party” keçirəcək.

Qeyd. Sonda onu da qeyd edək ki, Qurultay Dalğa GH-nın bütün üzvlərindən ibarətdir, 2/3 səs çoxluğu ilə Dalğa GH-nın Nizamnaməsini qəbul edir, ona əlavə və dəyişikliklər edir, sədrin, İH-nin və MNTK-nın hesabatlarını dinləyir, gizli səsvermə ilə sədri, İH-nin və MNTK-nın üzvlərini 1 il müddətinə seçir, Dalğa GH-nın ümumi fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Qurultay, üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.