Dalğa Gənclər Hərəkatı növbədən kənar Qurultay keçirib


Növbədənkənar Qurultayın keçirilməsində məqsəd hərəkatınnizamnaməsinə və əsasnaməsinə edilən dəyişikliklərdir.

Dəyişiklikərə əsasən Dalğa Gənclər Hərəkatının qərarverici qurumlarına “Geniş Toplantı” da əlavə edilib. Bundan əlavə Qurultay səsvermələrinə əsasən hərəkatın yeni simvolik heyvanı (Delfin), bayrağı və bir sıra yeni atributları təsdiqlənib.

Bundan başqa Hərəkat özünün müxtəlif mövzulara baxışlarından ibarət konsepsiyalarını tərtib edib. Bura “Qarabağ məsələsinə baxış”, “Güney Azərbaycan məsələsinə baxış” və digər məsələlər daxildir.

Qurultay zamanı hərəkatın sədri Orxan Nəbiyev çıxış edərkən bildirib ki, o növbəti seçkilərdə nazmidəliyini irəli sürməyəcək. Bunun səbəbini isə O. Nəbiyev belə izah edib ki, üzvlərdə daha çox fəallığa stimul olsun, həm də yeni kadrlar ortaya çıxsın.