ALMA QƏZETİ

 

"Alma" qəzeti 2006-cı ilin 17 sentyabrında həftəlik qəzet kimi nəşrə başlayıb. Qəzet Dalğa Gənclər Hərəkatının müdafiə etdiyi demokratiya və liberal dəyərlərin təbliği üçün hərəkatın təşəbbüsü ilə nəşrə başlamışdır. Kiçik qrantlar, ianələr və satışdan əldə olunan gəlirlə müstəqil fəaliyyət göstərən Alma qəzeti daha çox gənclər arasında maarifləndirməyə üstünlük verir. Qəzet gənc yazarlara, yaradıcı insanlara və yeni fikirlərə geniş yer verməsi ilə seçilir. Alma qəzeti 2010-cu ilin noyabr ayında qalmaqallı yazıya görə fəaliyyətini dayandırıb. Bu dövrə qədər 32, 24, 16 səhifəlik qəzet kimi satışa çıxarılıb. 2011-ci ilin yanvar ayından etibarən isə gündəlik internet qəzet kimi online nəşr olunur. (www.almaqezeti.com) Qəzetin əsas auditoriyası gənclər və tələbələrdir.



Redaksiya heyəti:

İdea müəllifi: Ramin Hacılı
Baş redaktor: Cavid Ramazanov
Məsləhətçi: Zahir Əzəmət